- 14:42
Rusiya ordusu ötən həftə ərzində 7 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Şimal" qoşun qruplaşmasının bölmələri Sumı vilayətinin Perşe Travnya və Pisarevka yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.
"Şimal" qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının Annovka və Kuçerov Yar yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.
"Şimal" qoşun qruplaşmasının bölmələri isə Zaporojye vilayətinin Dolinka, Nejenka və Şevçenkovskoye yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.
Humay Eminqızı