- 14:42
Türkiyənin Zonquldak vilayətində bədbəxt hadisə baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Devrek rayonunda qeydə alınıb.
Məlumata görə, Kamal Basan bağında gördüyü qaranlıq kölgəni vəhşi qaban zənn edərək ona atəş açıb. Açılan atəş nəticəsində onun əmisi oğlu Kənan Basan ağır yaralanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə tibbi yardım və jandarma qrupları cəlb edilib.
Yaralı şəxs Devrek Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra K.B. jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Humay Eminqızı