"Sülh danışıqları hazırda dayandırılıb" - Peskov


  • 14:37

Ukrayna ilə bağlı sülh danışıqları hazırda dayandırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat yayıb.

O bildirib ki, hazırda danışıqlarla bağlı heç bir yeni təklif yoxdur.

Peskovun sözlərinə görə, Ukrayna Moskvanın tələblərindən xəbərdardır, lakin münaqişəni sülh yolu ilə həll etmək istəmir: "Ukrayna tərəfi tələblərimizi çox yaxşı bilir. Onlar bunu sülh yolu ilə müzakirə etmək istəmirlər. Buna görə də biz cəbhə xəttində özümüz üçün müsbət olan dinamikanı qoruyub saxlamaqda davam edirik".

"Biz xüsusi hərbi əməliyyatı davam etdiririk. Cəbhədəki irəliləyiş, əslində, aşkar görünür. Ekspertlər bu dinamikanın nəyi ifadə etdiyini və bunun sonda Kiyev rejimi üçün hansı nəticələrə səbəb olacağını tam şəkildə anlayırlar", - mətbuat katibi deyib.

O bildirib ki, Ukraynaya zərbələr davam edir və sistemli, məqsədyönlü şəkildə həyata keçirilir. Ordu Ukraynanın hərbi və hərbi təyinatlı infrastrukturunu məhv etməyə davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər