İran rəsmisi: "ABŞ-nin iqtisadi maraqlarını sərt şəkildə hədəf alacağıq"


  • 14:42

"Dəniz blokadası davam edəcəyi təqdirdə, ABŞ-nin iqtisadi maraqlarını sərt şəkildə hədəf alacağıq”.

E-huquq.az xəbər verir ki, bunu İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi deyib.

Rezayi Hörmüz boğazının tam açılmasını ABŞ-nin İranın şərtlərini yerinə yetirməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, bu şərtlərin əsasını Qərbi Asiyada, xüsusilə Livan və Qəzzada müharibələrin dayandırılması təşkil edir.

O bildirib ki, ABŞ tərəfinə təqdim olunmaq üçün şərtlər siyahısı hazırlanıb. Rezayinin sözlərinə görə, hazırda gəmilərin Hörmüz boğazının orta hissəsindən keçməsinə icazə verilir, gələcəkdə isə dəniz nəqliyyatının hərəkəti Vaşinqtonla əldə olunacaq razılaşmaya uyğun tənzimlənəcək.

İranın nafta satışının fasilələrdən əvvəlki səviyyəyə qayıtdığını bildirən Rezayi qeyd edib ki, ölkə anbarlardakı ehtiyatların boşaldılması ilə yanaşı, tədricən genişləndirilən yeni ixrac marşrutları da yaradıb.

Rezayi İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama da verib.

“İran Benyamin Netanyahunu cəhənnəmə göndərəcək”, - deyə o bildirib.

İranlı rəsmi əlavə edib ki, rəsmi Tehran Livandakı vəziyyəti yaxından izləyir və İsrailin Livanda işğal etdiyi ərazilərdən geri çəkilməsini tələb edir.

Humay Eminqızı

Oxşar xəbərlər