Fransada güclü fırtınada 3 nəfər yaralanıb, minlərlə ev işıqsız qalıb


  • 16:37

Fransanın bir sıra bölgələrində dünən axşam saatlarında güclü fırtına və dolu müşahidə olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünez məlumat yayıb.

O, İl-de-Frans bölgəsinin, eləcə də ölkənin şərq və cənub-şərq hissələrinin fırtınadan daha çox zərər çəkdiyini qeyd edib.

Fırtınanın fəsadları ilə əlaqədar Seine-et-Marne departamentində 80, Val-de-Marne departamentində isə 120 hadisə qeydə alınıb.

Nazir Fransanın şərq departamentlərində təxminən 1 700, Allier departamentində isə 500 evdə elektrik enerjisinin kəsildiyini bildirib.

Fırtına nəticəsində 3 nəfər xəsarət alıb.

7 departamentdə fırtına təhlükəsi ilə əlaqədar narıncı xəbərdarlıq səviyyəsi davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər