- 16:37
İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Qəzzaya yeni hücumlar həyata keçirir.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzzadakı Mülki Müdafiənin cavabdeh nümayəndəsi polkovnik Məhəmməd Əbu Dan açıqlamasında bildirib.
O bildirib ki, dağıdılmış evlərin dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
İsrail tərəfindən dağıdılmış 20 evin dağıntıları altında 407 fələstinlinin itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, 233 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Məlumata görə, dağıntılar altından çıxarılanların 73-ü uşaq, 106-sı isə qadındır.
Humay Eminqızı