Məzmuna keç

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 675-ə çatdı –

Nepalın Çinlə sərhəd rayonlarında dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 675 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə NepalınTəbii Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Daha əvvəl Çinin dövlət KİV-ləri çərşənbə günü baş vermiş təbii fəlakət nəticəsində Tibetdə yeddi nəfərin həlak olduğunu bildirmişdi.

Beləliklə, Nepal və Tibetdə həlak olanların ümumi sayı 682 nəfərə çatıb.

***

10:07

Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2456 nəfərdir və onların arasında 213 turist də var.

E-huquq.az xəbər verir ki, bu barədə Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatında bildirilib. Məlumata görə, xilasetmə əməliyyatına 14 min 889 nəfər cəlb olunub. Yerüstü əməliyyatlar zamanı 4350-dən çox insan xilas edilib.

Ümumilikdə 626 nəfərin cəsədi tapılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

***

09:10

Nepalın şimal bölgələrində baş vermiş daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının son hesabatında 616 cəsədin tapıldığı, 2301 nəfərin yaralandığı və xilas edildiyi bildirilib.

***

07:55

Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən daşqınlar nəticəsində ölənlərin sayının 579-a yüksəlib.

E-huquq.az xəbər verir ki, fəlakətin təsirinə məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Daşqınlar nəticəsində onlarla körpü dağılıb, yollar zərər görüb və xilasetmə əməliyyatlarına helikopterlər cəlb olunub.

Məlumata görə, 1924 nəfər, o cümlədən 517 xarici vətəndaş hələ də itkin düşmüş hesab olunur.

Təxminən 4 min nəfər daşqın bölgələrindən xilas edilib, axtarış-xilasetmə və yardım işlərinə 15 min təhlükəsizlik əməkdaşı cəlb olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, daşqından əvvəl baş verən 5,2 bal gücündə seysmik hərəkətin səbəbi buzlaqların çökməsi olub. Mütəxəssislər daşqının dağlıq ərazidən qopan buz parçalarının səbəb olduğu uçqun nəticəsində baş verdiyini bildiriblər.