- 10:07
ABŞ Prezidenti Donald Trampın administrasiyası Corc Sorosun təsis etdiyi “Açıq Cəmiyyət” fondlar şəbəkəsi də daxil olmaqla, bir sıra sol yönümlü qeyri-kommersiya təşkilatlarını genişmiqyaslı vergi yoxlamasına cəlb etməyə hazırlaşır.
E-huquq.az xəbər verir ki, bu barədə “New York Post” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi yoxlamalar nəticəsində bu təşkilatların vergi güzəştlərindən məhrum edilməsi və onlara böyük məbləğdə cərimələr tətbiq olunmasını nəzərdə tutan plan hazırlayır.
Siyahıda Soros fondu ilə yanaşı, Amerika-İslam Əlaqələri Şurası (CAIR) və “Southern Poverty Law Center” hüquq müdafiə təşkilatı da var.
Mənbələrdən biri bildirib ki, Maliyyə Nazirliyi araşdırmaları sona çatdırmaqda qətiyyətlidir.
Qeyd edək ki, Tramp avqust ayında Sorosu və oğlunu ABŞ-dakı etiraz aksiyaları zamanı iğtişaşlara dəstək verməkdə ittiham edərək onların məsuliyyətə cəlb olunmasını istəyib.