Pit Heqset ABŞ prezidentliyinə namizədliyi ilə bağlı xəbərləri təkzib etdi


  • 15:34

Pentaqon rəhbəri Pit Heqset “NBC News”un 2028-ci il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğu barədə xəbərlərini təkzib etdi.

E-huquq.az xəbər verir ki, Heqset bu barədə öz “X” hesabında məlumat verib.

"Bu, tamamilə yalandır. Biz bunu NBC-yə dedik, amma onlar yalnız anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə vəzifəm Müdafiə Nazirliyini yenidən möhtəşəm etməkdir", - Heqset yazıb.

Qeyd edək ki, “NBC News” mənbələrə istinadən Heqsetin 2028-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini yaxın ətrafı ilə müzakirə etdiyi haqda məlumat yayıb.

Oxşar xəbərlər