- 11:55
Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Buça rayonunda 27 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, bu rəqəm son deyil, ərazidə işlər davam edir.
Daha 42 nəfər, o cümlədən 4 uşaq yaralanıb. Fövqəladə zonadan 381 nəfər təxliyə edilib.
İlkin məlumatlara görə, təxminən 50 yaşayış evinə ziyan dəyib.