Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edildi


  • 09:20

İsrail Baş Təhlükəsizlik Xidməti (ŞABAK) Baş nazir Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-dan İsrailə təcili təxliyə edildiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə, Yair Netanyahunun həyatına qarşı ciddi təhlükə yaranıb və təhlükəsizlik qiymətləndirməsindən sonra onun mühafizəçilərlə birlikdə Floridadan İsrailə qayıtmasına qərar verilib.

Yairin Floridadan heç bir əşyasını götürmədən ayrıldığı bildirilir.

Oxşar xəbərlər