İsrail hərbçiləri Qəzzada "Nuhba"nın komandirini və HƏMAS yaraqlısını zərərsizləşdirdi


  • 19:43

İsrailin Müdafiə Ordusu Qəzza zolağının şimalında "Nuhba" xüsusi təyinatlı qüvvələrinin komandirinin və HƏMAS-ın bir yaraqlısının zərərsizləşdirildiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Nuhba" komandiri Əbdül-Fəttah Əbu əl-Əiş 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarında iştirak edib. Zərbə zamanı Cabaliyədə həmçinin HƏMAS-ın hərbi qanadının əməliyyatçısı Raed Adel Alyan da zərərsizləşdirilib.

İsrail hərbçilərinin məlumatına görə, həmin şəxslər ordunun hərbi qulluqçularına və mülki şəxslərə qarşı bir sıra hücumlar həyata keçiriblər, həmçinin HƏMAS-ın döyüş qabiliyyətini bərpa etməyə cəhd göstəriblər və bununla da atəşkəsi sistematik pozublar.

Oxşar xəbərlər