- 22:16
Cənubi Karolina ştatının Kolumbiya şəhərində atışma nəticəsində polis əməkdaşı həlak olub, bir zabit isə yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi Kolumbiya polisinin rəisi Uilyam Holbruka istinadən məlumat yayıb.
Dəqiqləşdirilib ki, hadisə məişət münaqişəsi barədə müraciətdən sonra baş verib. Qadın polisə bildirib ki, barəsində məhkəmənin yaxınlaşma qadağası qüvvədə olan kişi onun evindəki əmlakı dağıdır.
"Həlak olan zabit - 29 yaşlı Kristofer DeLonq iki il polisdə çalışıb, onun həyat yoldaşı və iki azyaşlı uşağı qalıb", - Holbruk bildirib.
Polis rəisinin sözlərinə görə, atışmada şübhəli bilinən şəxs hadisə yerində ölüb.