SEPAH: ABŞ-nin Lark adasına hücumu cavabsız qalmayacaq


  • 00:16

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın Lark adasına hücumuna cavab verəcək.

E-huquq.az xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Fars" agentliyi məlumat yayıb.

"Amerika Lark adasına hücum edib, bir neçə döyüşçümüz, həmvətənimizin şəhid olmasına və yaralanmasına səbəb olub.

Bu addım cavablandırılacaq və təcavüzkarın cəzalandırılması ilə nəticələnəcək", - SEPAH-dan bildirilib.

Xatırladaq ki, ABŞ ordusu İranın Lark adasına dron hücumu edib. İlkin məlumata görə, iki nəfər ölüb, iki nəfər yaralanıb.

Bəzi mənbələr iddia edirlər ki, SEPAH-ın adadakı mövqeləri PUA zərbəsinə məruz qalıb.

Oxşar xəbərlər