Türkiyədə ağır yol qəzasında 7 nəfər xəsarət alıb


  • 15:04

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb.

Xəbərdarlıqdan sonra hadisə yerinə tibb və polis qrupları göndərilib.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəzanın səbəbi araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər