Türkiyədə toyda 367 nəfər qidadan zəhərlənib


  • 15:10

Türkiyənin Bursa şəhərinin Orhaneli rayonunda keçirilən sünnət mərasimində kütləvi zəhərlənmə baş verib.

E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, toy mərasimində toyuq və düyü yeməyi yeyən 367 nəfər qısa müddət sonra özünü pis hiss edib. Ürəkbulanma və qusma şikayətləri olan şəxslər gecə saatlarında Orhaneli Dövlət Xəstəxanasına və digər tibb müəssisələrinə müraciət ediblər.

Orhaneli Dövlət Xəstəxanasına müraciət edən 74 nəfər təcili tibbi yardım maşınları ilə Bursa şəhər mərkəzindəki xəstəxanalara köçürülüb.

Hazırda müalicəsi davam edən 23 nəfərin ümumi vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Polis qrupları hadisə ilə bağlı araşdırmalara başlayıb, qidadan nümunələr götürərək analiz üçün laboratoriyaya göndərib.

Hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalar davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər