- 16:52
Nepalın şimalında baş verən daşqın nəticəsində ölənlərin sayı 919 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 4 247 nəfər itkin düşüb.
Nepal Xarici İşlər Nazirliyindən bildirilib ki, hazırda davam edən axtarış-xilasetmə əməliyyatlarının effektiv təşkili və zəruri yardımın göstərilməsi üçün bütün resursların qiymətləndirilməsi, əldə olunması və səfərbər edilməsi məqsədilə qonşu ölkələr və beynəlxalq ictimaiyyətlə koordinasiya aparılır.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Nepal artıq Hindistan, Çin, Yaponiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası və digər ölkələrdən, eləcə də beynəlxalq tərəfdaşlardan genişmiqyaslı yardım alıb.
Yardımlar arasında səyyar tibbi bölmələr, soyuducu kameralar, generatorlar, günəş enerjisi ilə işləyən lampalar, DNT analiz dəstləri, təcili tibbi yardım avadanlıqları, çadırlar, ədyallar, yataq kisələri, ərzaq bağlamaları və dərman vasitələri yer alır.
Nepal XİN-dən bildirilib ki, axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarının davam etdirilməsi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam etdirilir.
Humay Eminqızı