- 16:59
İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq vulkanı püskürüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, püskürmə nəticəsində vulkanın zirvəsindən qalın kül və tüstü kütlələri yüksəlib.
Məlumata görə, kül sütunu təxminən 3 500 metr hündürlüyə çatıb və ətraf ərazilərdən aydın şəkildə müşahidə olunub.
Hazırda bölgədə vulkanik aktivlik yaxından izlənilir. Rəsmilər Sinabunq vulkanının fəaliyyətini müşahidə edir və vəziyyətə uyğun olaraq zəruri tədbirlərin görülməsini nəzərdən keçirirlər.
Humay Eminqızı