- 17:08
Tailandın paytaxtı Banqkokda maraqlı hadisə baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın avqustun 25-nə keçən gecə saxta şəxsiyyət vəsiqəsindən istifadə edərək məşhur əyləncə məkanlarından birinə daxil olub.
O, gecə ərzində dəfələrlə içki sifariş edib. Sonda ona 1 815 dollarlıq hesab təqdim olunub.
Hesab təqdim edildikdən sonra qadın gizlicə məkandan çıxmağa cəhd göstərib. Lakin bar əməkdaşları onu son anda görərək saxlayıblar.
Müəssisənin meneceri qadından hesabı dərhal ödəməsini tələb edib. Onun bu məbləği ödəmək imkanının olmadığı məlum olduqda isə polisə təhvil veriləcəyindən və həbs olunacağından qorxub.
Bundan sonra qadın müəssisə rəhbərliyi ilə qeyri-adi razılaşma əldə edib. O, borcunu ödəmək müqabilində saçının tamamilə kəsilməsinə razılıq verib.
Hadisənin görüntüləri daha sonra yayılıb.
Humay Eminqızı