- 17:18
"İran ABŞ ilə münaqişənin diplomatik yolla həllinə sadiq qalır".
E-huquq.az xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian söyləyib.
"İran razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir, lakin təəssüf ki, ABŞ tərəfi öz öhdəliklərini yerinə yetirməyib. Buna baxmayaraq, biz hələ də razılaşma və qarşılıqlı anlaşma yolunu həyata keçirməyə çalışırıq. Müharibənin davam etməsi nə bizim, nə regionun, nə də bütün bəşəriyyətin maraqlarına cavab verir", - Prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Pezeşkianın fikrincə, ABŞ-də rəsmi Tehran və Vaşinqton arasında gərginliyin daha da artmasında maraqlı olan və bundan öz mənfəətləri üçün faydalanmağa çalışan qüvvələr var. İran isə öz növbəsində hesab edir ki, Yaxın Şərqdə sabitlik və təhlükəsizliyi gücləndirmək və sülh yolu ilə irəliləmək lazımdır.
Humay Eminqızı