- 17:33
Şimali Kiprdə sərnişin gəmisinin qəzaya uğraması ilə bağlı saxlanılanların sayı 14-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə "TRT" telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl 9 nəfərin saxlanıldığı bildirilmişdi.
Onlar məhkəmədə ifadə verərək bildiriblər ki, dalğaların təsiri nəticəsində gəminin burun hissəsi qopub və bu da gəmiyə su dolmasına, daha sonra isə batmasına səbəb olub.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Hazırda 18 nəfər hələ də itkin hesab olunur.
Qeyd edək ki, dünən Şimali Kipr sahillərində batan gəminin göyərtəsində 267 sərnişin olub.
Humay Eminqızı