- 17:39
Kuril adaları sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.
Zəlzələ yerli vaxt ilə saat 20:19-da qeydə alınıb.
Seysmik hadisə İturupdan 46 kilometr məsafədə baş verib.
Məlumata görə, İturup adasında yeraltı təkanlar 2 bala qədər hiss olunub.
Humay Eminqızı