Bu ölkədə meşə yanğını törədən şəxslər edam ediləcək


  • 17:18

Əlcəzairdə qəsdən meşə yanğını törədən şəxslər üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanunvericilik hazırlanacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ölkədə 12 nəfərin ölümünə səbəb olan son meşə yanğınlarından sonra bu istiqamətdə qanunvericilik hazırlanması barədə göstəriş verib.

Prezident son meşə yanğınlarının vurduğu ziyanı müzakirə etmək və onların nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirləri müəyyənləşdirmək məqsədilə yüksək rütbəli mülki və hərbi rəsmilərin iştirakı ilə keçirilən iclasa sədrlik edib.

İclas zamanı Təbbun Ədliyyə nazirinə Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini sentyabrın 15-dək təqdim etməyi tapşırıb.

Təklif olunan dəyişikliklər meşə sahələrini qəsdən yandıran şəxslər üçün cəzaların sərtləşdirilməsini və ölüm hökmünün mümkün cəza növü kimi tətbiqini nəzərdə tutur. Məlumata görə, ölüm hökmü yalnız qanunla nəzərdə tutulan bütün apellyasiya və məhkəmə prosedurları başa çatdıqdan sonra icra edilə bilər.

Qeyd edək ki, Əlcəzairin cinayət qanunvericiliyində ölüm cəzası mövcuddur. Lakin ölkədə 1993-cü ildən bəri heç bir edam həyata keçirilməyib.

Hazırkı qanunvericiliyə əsasən, meşə yanğını törətməyə görə maksimum cəza müəyyən hallarda 30 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbsdir.

Prezident Təbbunun göstərişinə əsasən, bu cinayətlərə görə cəzaların sərtləşdirilməsi və ölüm hökmünün mümkün cəza növü kimi qanunvericiliyə daxil edilməsi nəzərdə tutulur

Humay Eminqızı

Oxşar xəbərlər