Aralıq dənizində Rusiya nefti daşıyan tankeri saxlanılıb


  • 17:39

Avropa İttifaqı Aralıq dənizində Kamerun bayrağı altında üzən və Rusiya nefti daşıyan bir tankeri saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat yayıb.

"Avqustun 30-da saxta bayraqdan istifadə etdiyindən şübhələnilən “MV SUN” neft tankeri saxlanılıb", - deyə Kallas bildirib.

O əlavə edib ki, Aİ bununla neft satışından əldə olunan gəlirlər hesabına Rusiya iqtisadiyyatının maliyyələşdirilməsinin qarşısını almağa çalışır. Kallas satışların qanunsuz olduğunu iddia edib.

Humay Eminqızı

Oxşar xəbərlər