- 23:18
“İrana qarşı istənilən təcavüzə dəfələrlə daha ağır cavab verəcəyik”.
E-huquq.az xəbər verir ki, bu sözlər İran ordusunun Baş Qərargahı bəyanatında öz əksini tapıb.
ABŞ-ın regiondakı bəzi ölkələrin ərazisi, hava məkanı və sahillərindən istifadə etməsinə münasibət bildirilən bəyanatda həmin ölkələrin öz ərazilərinin bu məqsədlə istifadəsinə icazə vermədikləri barədə rəsmi açıqlamalarına baxmayaraq, ABŞ-ın bu imkanlardan istifadə etdiyi qeyd olunub.
“İndiyədək döyüş meydanında göstərdiyimiz kimi, qonşularımızın milli suverenliyinə hörmət etməklə yanaşı, heç bir təcavüzü heç vaxt qəbul etməyəcəyik və buna dəfələrlə daha ağır cavab verəcəyik”, - bəyanatda deyilir.
İran ordusunun Baş Qərargahı ABŞ ordusunun regiondan çıxmaqdan başqa yolu olmadığını vurğulayıb.