Yük maşını dörd nəqliyyat vasitəsinə çırpılıb, yaralı var


  • 13:41

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Başakşehir rayonunda yük maşını işıqforun qarşısında gözləyən dörd nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə çoxsaylı polis, tibb və yanğınsöndürmə briqadaları göndərilib.

Xəsarət alan şəxs xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər