- 13:46
İsrail ordusu Qəzza zolağı yaxınlığında dənizdə balıq tutan 10 fələstinli balıqçını saxlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzzalı Balıqçılar Komitələri İttifaqı məlumat yayıb.
Məlumata görə, İsrail hərbi-dəniz qüvvələrinə məxsus döyüş gəmisi Qəzza şəhəri sahillərində balıq tutan fələstinli balıqçılara və onların qayıqlarına hücum edib.
Bəyanatda qeyd olunur ki, Qəzza şəhərinin cənub-qərbindəki Şeyx Əclin bölgəsi sahillərində balıqçı qayıqlarına atəş açılıb və 10 fələstinli balıqçı İsrail hərbi-dəniz qüvvələri tərəfindən saxlanılıb.
Fələstinli balıqçıların Aşdod limanına aparıldığı bildirilib. Balıqçılar Komitələri İttifaqının koordinatoru Zəkəriyyə Bəkir bildirib ki, İsrail saxlanılan balıqçıların bir qismini sərbəst buraxıb, digər üç nəfər isə naməlum istiqamətə aparılıb.
Şəbnəm Mehdizadə