Rusiya Ukraynanın hərbi-sənaye obyektlərinə və limanlarına zərbələr endirib


  • 13:46

Rusiya Ukraynanın yanacaq, enerji və hərbi-sənaye obyektlərinə, eləcə də limanlarına zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gecə saatlarında Ukraynanın yanacaq-energetika və hərbi-sənaye obyektlərinə, həmçinin limanlarına qarşı yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə hücumlar həyata keçirilib və vurulan hədəflər sadalanıb.

Bildirilib ki, paytaxt Kiyevdə qanadlı raketlər istehsal edən "Fire Point" və PUA istehsal edən "Aerobabovna" zavodları, eləcə də dəmir yolu nəqliyyatı infrastrukturu obyekti olan "Darnitsa" lokomotiv deposu vurulub. Bundan əlavə, Kiyev vilayətində pilotsuz dəniz aparatlarının istehsalı sexi və neft terminalı da zərbəyə məruz qalıb.

Odessa şəhəri və bölgəsindəki hədəflərə qarşı hücumların həyata keçirildiyini bildirən açıqlamada Qərb ölkələri tərəfindən təchiz edilmiş silah və hərbi texnika ehtiyatları, həmçinin Odessa limanındakı yanacaq çənləri; Çornomorsk limanındakı hərbi anbarlar; liman fəaliyyətini təmin edən elektrik stansiyası və üç elektrik yarımstansiyası; PUA yığımı sexi; eləcə də Orlovka sərhəd-keçid və bərə keçidi məntəqəsinin vurulduğu qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər