- 15:58
İsrail ordusunun 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 73 462 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin hücumları nəticəsində bölgədə baş verən insan tələfatının son statistikası açıqlanıb.
Məlumata görə, atəşkəsə baxmayaraq İsrailin hücumlarının davam etdiyi Qəzza zolağında son 24 saat ərzində 6 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.
Qeyd olunub ki, ölənlərdən biri əvvəlki hücumlar zamanı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Bununla da 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 462-yə, yaralananların sayı isə 175 886-ya yüksəlib.
Qeyd edək ki, bölgədəki səhiyyə qurumları tələfatla bağlı məlumatların davam edən hücumlar və dağıntılar səbəbilə tam olmaya biləcəyini bildirirlər.
Şəbnəm Mehdizadə