ABŞ-də bıçaqlı hücum: ölən və yaralanan var


  • 15:58

Nyu-Yorkun məşhur Tayms Meydanında 49 yaşlı bir qadın alış-veriş çantasından çıxardığı iki mətbəx bıçağı ilə ətrafdakılara hücum edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu metro stansiyasından çıxan 68 yaşlı kişini, qısa müddət sonra isə 32 yaşlı qadını bıçaqla qarın nahiyəsindən yaralayıb.
Xəstəxanaya aparılan yaralılardan qadın dünyasını dəyişib, digər şəxsin isə müalicəsi davam edir.

Şahidlərin çəkdiyi görüntülərdə azı on polis əməkdaşının əhatəsində olan qadının əlindəki bıçaqları yerə qoymaqdan imtina etdiyi və polislərə hədə-qorxu gələrək qışqırdığı əks olunub.
Elektroşok silahı ilə vurulmasına baxmayaraq dayanmayan və əlində bıçaqla polis əməkdaşlarının üzərinə gedən qadın iki polis əməkdaşı tərəfindən vurulub.

Hadisə yerində ilkin tibbi yardım göstərilən və xəstəxanaya aparılmazdan əvvəl əllərinə qandal vurulan həmin şəxs həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər