Ərdoğan Putinlə görüşdü - YENİLƏNDİ


  • 19:02

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.

E-huquq.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün protokol hissəsində Putin Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın səviyyəsini yüksək olaraq qaldığını söyləyib.

Bildirib ki, 2025-ci ilin yekununa görə, Türkiyəyə təxminən 7 milyon rusiyalı səfər edib.

Putin Rosatom-un 2026-cı ildə Akkuyu AES blokunu işə salacağına əminliyini ifadə edib.

O vurğulayıb ki, Türkiyə həm xarici siyasətdə, həm də iqtisadi məsələlərdə Rusiyanın imtiyazlı tərəfdaşlarından biridir.

Türkiyə lideri isə çıxışında Ankara-Moskva münasibətlərinin əvvəlkindən daha yüksək səviyyədə olduğunu söyləyib.

Qeyd edib ki, Akkuyu AES istismara verilməsinin son mərhələsindədir.

Ərdoğan Putinə Akkuyu Atom Elektrik Stansiyasını birgə istismara verməyi təklif edib.

***

18:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində görüş keçirilir.

E-huquq.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdən əvvəl mediaya açıqlamalar veriblər.

Mənbə: APA

Oxşar xəbərlər