- 19:02
Almaniyanın Brandenburq əyalətindəki Yenşvalde elektrik stansiyasının yaxınlığındakı yarımstansiyada partlayıcı qurğular aşkarlanıb.
E-huquq.az xəbər verir ki, polisin məlumatında elektrik xətlərindən birinin zədələndiyi, lakin qurğuların hamısının partlamadığı bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır və əhali üçün təhlükə olmadığı bildirilib. Hadisə səbəbindən xətdə qısamüddətli fasilə yaranıb. Lakin çatışmazlıq aradan qaldırılıb və ümumi elektrik təchizatında problem olmayıb.
Elektrik stansiyasının operatoru ehtimal olunan hücum cəhdi ilə əlaqədar stansiyanın B blokunda texniki nasazlıq baş verdiyini açıqlayıb.
Brandenburq əyalətinin Baş naziri Ditmar Voydke hadisəni tənqid edərək kritik infrastruktura qarşı təxribat cəhdinin bütün cəmiyyətə qarşı yönəldiyini bildirib. O, bu cür insidentlərin tezliyinin infrastrukturun daha qətiyyətlə qorunmasının vacibliyini göstərdiyini vurğulayıb.
Hadisənin motivləri araşdırılır.