ABŞ yaşayış məntəqəsinə hücum edib, yaralananlar var - YENİLƏNİB


  • 23:24

ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, xəsarət alanlar var.

E-huquq.az xəbər verir ki, bir neçə vətəndaş yaralanıb.

"Ölənlərin olması da istisna edilmir, məsələ hazırda araşdırılır", - məlumatda bildirilib.

Qeyd olunub ki, toy mərasiminin keçirildiyi yer hava zərbələrinə məruz qalıb.

***

ABŞ-nin hücumlarından sonra İranın Konarak liman şəhəri və Qeşm adasında partlayış səsləri eşidilib.

E-huquq.az xəbər verir ki, Konarakda 6 partlayış baş verib.

Hələlik partlayışların vurduğu zərərin həcmi və dəqiq yeri açıqlanmayıb.

"Tasnim"in müxbiri bildirib ki, saat 19:30-la 19:45 arasında Qeşm adasının cənub sahilində 8 partlayış səsi eşidilib", - məlumatda qeyd olunub.

Qeşm hava limanına hücum rəsmən təsdiqlənməyib, Bəndər Abbas və Sirikin bəzi bölgələrində də partlayış səslərinin eşidildiyi vurğulanıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirib.

Oxşar xəbərlər