- 00:37
Ukrayna Silahlı Qüvvələrinin təxminən 4,8 min hərbçidən ibarət 13 batalyonu mühasirəyə alınıb.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakının yekunlarına dair mətbuat konfransında bildirib.
Putinin sözlərinə görə, söhbət Krasnooskol su anbarının şərq sahilində Ukrayna qüvvələrinin fiziki mühasirəyə alınmasından gedir.