Zəncirvari yol qəzasında 1 nəfər öldü, 1 nəfər yaralandı


  • 13:42

Türkiyənin Aydın vilayətində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Söke rayonunda motosiklet və iki avtomobilin toqquşduğu qəzada 2 nəfərxəsarət alıb.

Hadisə yerinə polis və tibb briqadaları cəlb olunub.

Söke Dövlət Xəstəxanasına aparılanyaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər