Polşada bu şəxslərin mobil telefonlardan istifadəsi qadağan edilir


  • 14:33

Polşada ibtidai və məktəbəqədər təhsil müəssisələrində mobil telefonlardan istifadəyə qadağa qoyulub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni tədris ilinin başlaması ilə ölkə üzrə ibtidai sinif şagirdlərinə dərslər, tənəffüslər və digər məktəb tədbirləri zamanı telefon və oxşar elektron cihazlardan istifadə etmək qadağan edilib.

Məktəbəqədər təhsil müəssisələrindəki uşaqlara isə belə cihazları məktəbə gətirmək ümumiyyətlə icazə verilmir.

Qaydalarda təhsil məqsədilə telefon istifadəsi, fövqəladə hallarda valideynlərlə əlaqə, sağlamlıq və ya həyat üçün birbaşa təhlükə yaradan vəziyyətlər, həmçinin xüsusi sağlamlıq vəziyyəti və ya xüsusi tələbatlarla bağlı hallar üçün istisnalar nəzərdə tutulub.

Ümummilli tənzimləmə orta məktəblərə şamil edilmir; bununla belə, onlar şagirdlərin mobil telefondan istifadəsi ilə bağlı öz qaydalarını tətbiq edə bilərlər.

Bu tədbir uşaqların zərərli onlayn məzmunla təmasda olmasını azaltmağa yönəlmiş daha genişmiqyaslı hökumət kampaniyası çərçivəsində həyata keçirilir.

Eyni zamanda, Polşa hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi ilə bağlı yeni qanunvericilik üzərində işlədiyini elan edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər