Avropa İttifaqı Rusiyanın hərbi sənayesinə qarşı yeni sanksiyalar paketi hazırlayır


  • 16:06

Avropa İttifaqı Rusiyanın hərbi sənayesinə qarşı yeni sanksiyalar paketi hazırlayır"

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın hərbi sənayesini hədəf alan və 1600 fiziki və hüquqi şəxsi əhatə edən yeni sanksiya siyahısı hazırlanır. Kallas əlavə edib ki, Aİ ölkələrinin xarici işlər nazirləri ilə Moskvaya qarşı əlavə təzyiq imkanlarını müzakirə edəcək.

Kallas Avropaya qarşı həyata keçirilən hibrid hücumların indiyədək Rusiyaya qarşı daha yumşaq mövqe nümayiş etdirən ölkələr üçün xəbərdarlıq olmalı olduğunu bildirib.

O, Almaniyanın pilotsuz uçuş aparatı (PUA) insidentinə cavab olaraq açıqladığı tədbirlərin çox güclü siqnal olduğunu və üzv dövlətlərin Berlinlə həmrəyliyini nümayiş etdirdiyini qeyd edib.

Aİ-nin xarici siyasətdə daha effektiv fəaliyyət göstərməsi məsələsinin də müzakirə olunacağını bildirən Kallas, mövcud geosiyasi şəraitdə İttifaqın daha çevik qərarlar qəbul etməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Aİ-nin çoxtərəfli beynəlxalq forumlarda vahid mövqedən çıxış etməsi üçün görüləcək tədbirlər də müzakirə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər