- 16:35
Misirdə sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirin Cənubi Sinay əyalətindəki Dahab-Nuveyba magistralında sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Misirin Səhiyyə və Əhali Nazirliyinin açıqlamasında qəza nəticəsində 28 nəfərin isə xəsarət aldığı bildirilib.
Qeyd olunub ki, ilkin tibbi müdaxilədən sonra yaralılar müalicə üçün Şarm-əl-Şeyx, Müqəddəs Ketrin və Əl-Firuz xəstəxanalarına köçürülüblər.
Qəzanın avtobus sürücüsünün yüksək sürətlə hərəkət edərkən idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Şəbnəm Mehdizadə