İsrail İranı növbəti dəfə hədələyib


  • 16:35

İsrail İrana qarşı növbəti dəfə sərt bəyanatla çıxış edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats ABŞ-nin Tehrana qarşı iqtisadi təzyiqi artırdığı bir vaxtda İranın İsrailə mümkün hücumu ilə bağlı açıqlama verib.

Kats İranın sentyabr ayında yəhudi bayramları dövründə İsrailə hücum edə biləcəyini iddia edib.

Nazirin sözlərinə görə, ABŞ-nin İrana qarşı iqtisadi təzyiqinin artması rəsmi Tehranın İsrailə mümkün hücum riskini yüksəldir.

"Biz ABŞ-la koordinasiyalı şəkildə həm müdafiə, həm də hücum baxımından hazırlıq görürük”, - Kats bildirib.

İranın dolayı hücum təşkil edə biləcəyini iddia edən Kats İsrail təyyarələrinin havaya qalxmağa hazır olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər