- 19:25
Almaniyanın Leypsiq hava limanında partlayıcı maddə daşıyan dronla bağlı baş verən insidentdən sonra Avropa İttifaqı (Aİ) rəsmi Moskvaya qarşı sərt diplomatik addımlar atıb.
E-huquq.az xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin vəzifəsini icra edən Karen Malayanı təcili olaraq Brüsselə çağırıb.
Məsələ ilə bağlı öz "X" sosial şəbəkə hesabında sərt bəyanat yayan Kallas bildirib ki, Leypsiqdəki hücumlar dövlət tərəfindən maliyyələşdirilən terrorizmin bütün əlamətlərini daşıyır.
"Biz buna qətiyyətli cavab verəcəyik. Hazırda Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 1600 mövqenin sanksiya siyahısına daxil edilməsi üzərində işləyirik və bu siyahını daha da genişləndirməyə hazırlaşırıq".