- 13:15
Türkiyənin İstanbul şəhərində bədbəxt hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Başakşehir rayonunda yerləşən tikinti sahəsində baş verib.
Ərazidə torpaq sürüşməsi nəticəsində 3 fəhlə dağıntılar altında qalıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürən, tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Axtarış-xilasetmə əməliyyatı zamanı fəhlələrdən ikisi dağıntılar altından çıxarılaraq xilas edilib.
Torpaq altında qalan digər işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə