Qardaşlar arasında bıçaqlı dava ölümlə nəticələnib


  • 13:15

Türkiyənin Balıkesir vilayətində bıçaqlı insident baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Balıkesirin Karesi rayonunda qeydə alınıb.

Belə ki, iki qardaş arasında başlayan mübahisə qısa zamanda insidentə çevrilib.

Hadisə nəticəsində bir nəfər ölüb, digər şəxs isə yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Tibb işçiləri qardaşlardan birinin hadisə yerində öldüyünü müəyyənləşdiriblər.

Yaralanan digər qardaş isə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər