Belçikada həbsxana əməkdaşları 5 günlük tətilə başladı


  • 17:28

Belçikada həbsxana əməkdaşları həddindən artıq sıxlıq, kadr çatışmazlığı və təhlükəsizlik problemlərinə etiraz olaraq 5 günlük tətilə başlayıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam başlayan tətil sentyabrın 11-i axşam saatlarınadək davam edəcək.

Tətil müddətində ölkədəki bütün həbsxanalarda məhbuslarla bağlı yalnız təhlükəsizlik, qida paylanması və tibbi xidmətlər kimi əsas xidmətlər göstəriləcək.

Minimum xidmətlərin təmin edilməsi üçün kifayət qədər əməkdaş olmadığı təqdirdə bəzi həbsxana işçiləri məcburi qaydada növbəyə cəlb oluna bilərlər.

Həmkarlar ittifaqları həbsxanalardakı həddindən artıq sıxlığın aradan qaldırılmasını, kadr çatışmazlığının həll edilməsini, əməkdaşların yığılıb qalmış məzuniyyət günlərindən qısa müddətdə istifadə etməsinə şərait yaradılmasını, köhnə və qeyri-kafi infrastrukturun yenilənməsini, eləcə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər