- 17:28
İndoneziyanın Anak Krakatau adasında yerləşən vulkanın püskürməsindən sonra vulkanik külün ölkənin müxtəlif bölgələrinə yayılması nəticəsində 1500-dən çox aviareys ləğv edilib.
E-huquq.az xəbər verir ki, İndoneziya mətbuatının məlumatına görə, Anak Krakatau vulkanında dünən baş verən püskürmənin fəsadları davam edir.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyin açıqlamasına əsasən, vulkanik kül Yava adası üzərində 6 min metr, Sumatra adasında isə 15 min metr yüksəkliyə qədər qalxıb.
Püskürmədən sonra ölkə üzrə daxili və beynəlxalq olmaqla ümumilikdə 1558 aviareys ləğv edilib. 8 hava limanında 170 mindən çox sərnişinin qaldığı bildirilir.
İndoneziyanın nəqliyyat naziri Dudy Purwagandhi vulkanik külün Qərbi Yava istiqamətində yayıldığının müəyyən edilməsindən sonra bəzi hava limanlarının müvəqqəti bağlanmasına qərar verildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə