- 12:09
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən təşkilatın maliyyə mənbələrinin müəyyənləşdirilməsi və şübhəlilərin saxlanılması məqsədilə keçirilib.
Araşdırmalar nəticəsində şübhəlilərin kimliyi və ünvanları müəyyənləşdirilib.
Həmin şəxslərin daha əvvəl terror təşkilatının digər üzlərinə pul köçürdükləri müəyyən edilib.
Ünvanlarda eyni vaxtda keçirilən əməliyyatlar zamanı 9 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə