Antalyada meşə yanğını: sakinlər təxliyə edildi


  • 16:22

Türkiyənin Antalya şəhərində gecə saatlarında başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Antalyanın Aksu rayonunda meşəlik ərazidə başlayan yanğın küləyin təsiri ilə yayılaraq Kepez rayonundakı bir əraziyə keçib.

Gecə ərzində yanğınsöndürmə briqadaları yanğınsöndürmə maşınları və ağır texnikadan istifadə etməklə Karaöz, Hatipler, Yeşilkaraman, Kızıllı və Çamlıca məhəllələrini əhatə edən geniş ərazidə tüğyan edən yanğınla mübarizə aparıblar. Alovun Antalya-Isparta magistral yoluna keçməsinin qarşısı alınıb.

Yanğınla mübarizə üzrə hava əməliyyatlarına səhər saatlarında başlanılıb. Yanğınların söndürülməsinə 5 təyyarə və 10-dan çox helikopterlə yanaşı, 110 yanğınsöndürmə maşını və 600-dən çox canlı qüvvə cəlb olunub.

Qruplar yanğını nəzarət altına almaq istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Hər iki rayonun ərazsində yaşayan əhalinin bir qismi təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər