- 11:22
Yunanıstanın Krit adasında istirahət edən britaniyalı turist ağcaqanad sancmalarına görə oteli tərk edib və ödədiyi pulun geri qaytarılmasını tələb edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Xanya şəhərində oteldə qalan turist ayağındakı ağcaqanad dişləmələrinin fotolarını aidiyyəti şəxslərə göndərib.
Turist sancmaların onda psixoloji gərginlik yaratdığını və tətilini korladığını iddia edərək yerləşmə xərclərinin tam və ya qismən geri qaytarılmasını istəyib.
Krit bölgəsinin müşaviri Kiriakos Kotsoğlu yerli mətbuata açıqlamasında bildirib ki, turist şikayətlə kifayətlənməyərək oteli tərk edib və ödədiyi məbləğin geri qaytarılması üçün rəsmi müraciət edib.
Bölgə rəsmiləri və turizm sektoru nümayəndələri ağcaqanad dişləmələrini əsas gətirərək oteldən pulun geri tələb edilməsini qeyri-adi hal kimi qiymətləndiriblər.
Şəbnəm Mehdizadə