Batumidən uçan təyyarə Rizedə dənizə düşdü


  • 15:43

Gürcüstanın Batumi şəhərindən havaya qalxan iki nəfərlik təyyarə Türkiyənin Rize vilayəti sahillərində texniki nasazlıq səbəbindən dənizə məcburi eniş edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Batum hava limanından Ordu-Giresun hava limanına uçan təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən Pazar rayonu sahillərində təcili eniş etdiyi bildirilib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Türkiyə Sahil Mühafizəsinin əməkdaşları cəlb olunub. Axtarış-xilasetmə əməliyyatına bir gəmi, iki qayıq və bir dalğıc qrupu göndərilib.

Əraziyə çatan xilasedicilər dəniz səthində müəyyən edilən təyyarədəki iki nəfəri xilas ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər