Bir ailənin 4 üzvü ağır qəzada həlak oldu


  • 16:10

Türkiyənin Şanlıurfa vilayətinin Bozova rayonunda baş verən yol qəzasında bir ailənin 4 üzvü həyatını itirib, 2 nəfər yaralanıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, minik avtomobili yük maşınına çırpılıb.

Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Toqquşma nəticəsində avtomobilin sürücüsü Levent Çerçi, onun həyat yoldaşı və övladları hadisə yerində həyatlarını itiriblər.

Qəzada yaralanan 2 nəfər isə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər