- 17:10
Suriyanın şimal-qərbindəki İdlib əyalətində müharibə qalıqlarının toplandığı anbarda baş verən partlayış nəticəsində dörd nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İdlibin Sərmada rayonu yaxınlığında yerləşən anbarda naməlum səbəbdən güclü partlayış baş verib.
Partlayışdan sonra əraziyə çoxsaylı təcili yardım maşınları göndərilib.
İdlib Səhiyyə İdarəsinin açıqlamasında bildirilib ki, partlayış nəticəsində dörd nəfər həyatını itirib, on nəfər isə xəsarət alıb.
Məlumatda bildirilib ki, partlayışda Nazirliyin bəzi əməkdaşları da xəsarət alıb.
Şəbnəm Mehdizadə